ABŞ-ın MLS liqasında çıxış edən "Los Anceles Qalaksi" klubu "Atletiko Madrid"dən ayrılan Luis Suaresi heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, məlumatı "NBC Sport" telekanalı yayıb.
Xəbərə görə, azad agent olan futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Daha əvvəl hücumçunun xidmətində “Fiorentina”, “Atalanta”, “Aston Villa”, “Ayaks” və “River Pleyt” klublarının maraqlı olduğu bildirilirdi.
Qeyd edək ki, Suares ötən mövsüm "Atletiko Madrid"in heyətində bütün turnirlərdə 45 oyun keçirib, 13 qol vurub və 2 məhsuldar ötürmə edib.
Xatırladaq ki, "Los Anceles Qalaksi"nin heyətində Xavier Ernandes, Duqlas Kosta kimi dünyaca tanınmış ulduzlar çıxış edir.
Emin