“Fiorentina” qapıçısı Mikele Çerofolini ilə müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı İtaliya təmsilçisinin rəsmi saytı yayıb.
Klubun öz yetirməsi olan 23 yaşlı Mikelenin sözləşməsi daha bir il müddətinə uzadılıb.
2017-ci ildən əsas heyətə cəlb olunan qolkiper 2024-cü ilin yayına qədər Florensiya təmsilçisində forma geyinəcək.