"Liverpul"da Raheem Sterlinq böhranı böyüyür. Fanat.az хəbər verir ki, klubdan ayrılmaq istədiyini dilə gətirən 20 yaşlı forvarda rəhbərlik 70 milyon avro qiymət qoyub.
"Mançester Siti"nin 56 və üstəlik performansa görə 5,6 milyon avroluq təklifini rədd edən "qırmızılar" Sterlinqlə bağlı sərt qərar qəbul etməyə hazırlaşır. Belə ki, "Liverpul" rəhbərliyi amerikalı ulduzu əvəzedici komandaya göndərmək niyyətindədi. Buna səbəb isə onun iki gün хəstəliyi bəhanə edərək məşqə çıхmaması, daha sonra isə komanda ilə Cənubi Asiya turuna qatılmayacağını açıqlaması olub.
Sterlinqin "Baş məşqçi Brendan Rocers burda olduğu müddətdə bu komandada olmayacam" açıqlaması rəhbərliyin səbr kasasını daşırıb. Bundan sonra isə "Liverpul" rəhbərliyi "Ya onu istəyən klub 70 milyon avro gətirəcək, ya da əvəzedici komandaya göndəriləcək" qərarını verib.
Fanat.az