6 futbolçu "Simurq"dan gedir

6 futbolçu "Simurq"dan gedir
Mövsümün sonunda 5 futbolçu "Simurq"u tərk edəcək. Fanat.az xəbər verir ki, bunlardan 3-ü legioner, 2-si yerli futbolçudu.
Gedənlərdən ikisi - Dilavər Zrnanoviç və Anderson Oliveyra komandanın əsas simalarından hesab olunur. Belə ki, Dilavər Premyer Liqada 18, Anderson 31 oyun keçirib. Lakin bu futbolçularla klub rəhbərliyi arasında problem yaranıb. Buna görə də klub prezidenti Anar Bəkirov onların gedişini istəyir və Georgi Çixradze də artıq razılıq verib.
Salif Ballo gürcü baş məşqçini qane etmir. 25 yaşlı hücumçu Premyer Liqada keçirdiyi 23 oyunda 1 qol vurub və həm də intizamsızlığı ilə diqqəti çəkir. Onunla yanaşı, Usim Nduka da komandanı tərka edəcək. Qışda Türkiyənin "Tavşanlı Linyitspor"dan "Simurq"a keçən millimizin sabiq müdafiəçisi zədə səbəbindən uzun müddət oynamayıb və hələ ki, debüt etməyib.
Gedənlər sırasında olan Mindauqas Kalonas "Simurq"dan çoxdan ayrılıb. Amma icarə müqaviləsi mövsümün sonunda başa çatacaq litvalı futbolçu bu səbəbdən hələlik Zaqatala klubunun üzvü hesab olunur. Qışda "Simurq"a keçən Kalonas tezliklə intizamsız hərəkətləri ilə diqqəti çəkdi və komandanın düşərgəsini tərk etdi. O, hazırda Bakıdadı. Livta millisinin üzvü bölgə klubunda 5 oyuna çıxıb və 217 dəqiqə oynayıb.
Yerlilərdən isə Nicat Qurbanov komandanı tərk edəcək. Çixradze bu futbolçudan razıdı və onu komandada saxlamaq istəyir. Lakin yarımmüdafiəçinin icarə müqaviləsi başa çatır və gəncləşdirmə siyasətinə hazırlaşan "Neftçi" onu geri qaytarır. Nicat "Simurq"da 26 oyun keçirib və 2 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər