İspaniyanın “Vilyarreal” klubu müdafiəçisi Raul Albiolla müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 36 yaşlı futbolçunun sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. İspaniya millisinin sabiq üzvü 2019-cu ildən "Vilyarreal"da çıxış edir. O, "Xetafe", "Real" və "Napoli" kimi klublarda da oynayıb.