350 min avroya alınan futbolçunu 113 milyona transfer edirlər

350 min avroya alınan futbolçunu 113 milyona transfer edirlər
"Mançester Yunayted" "Benfika"nın gənc ulduzu Joao Feliksi transfer edir.
Fanat.az xəbər verir ki, İngiltərə klubu 19 yaşlı forvard üçün 100 milyon funt-sterlinqlik (təxminən 113,5 milyon avro) büdcə ayırıb.
"The Sun"un iddiasına görə, "Mançester Yunayted" artıq "Benfika" ilə danışıqlara başlayıb. 
Qeyd edək ki, Feliks 2015-ci ildə - 15 yaşında "Draqon Forse"dən transfer olunub. "Benifka" onun üçün satəcə yetişdirmə haqqı olaraq 350 min avro ödəyib. Hazırda "Transfermarkt"ın 15 milyon avro qiymət qoyduğu futbolçu cari mövsümdə 24 rəsmi oyuna çıxaraq 9 qol vurub və 5 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər