3 Türkiyə nəhəngi 60 milyonluq futbolçunun transferi üçün hərəkətə keçdi

3 Türkiyə nəhəngi 60 milyonluq futbolçunun transferi üçün hərəkətə keçdi
"Atletiko"dan ayrılacağı dəqiqləşən Dieqo Kosta karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, baş məşqçi Dieqo Simeonenin gözündən düşən Braziliya əsilli ispaniyalı futbolçuya qardaş ölkənin 3 böyük klubu - "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" elçi düşüb.
Məlumata görə, yayda Amerika, Çin və Səudiyyə Ərəbistanından da təkliflər alan Kostaya ən cəlbedəci təkliflər Türkiyədən gəlib. İddia olunur ki, "Qalatasaray" və "Fənərbağça" transferdə bir nömrəli hədəf olaraq seçdiyi 32 yaşlı forvard üçün bütün fədakarlıqlara hazırdı. Keçid yanvarda baş tuta bilər.
Qeyd edək ki, "Atletiko" 2014-cü ildə "Çelsi"yə 38 milyon avroya satdığı Kostanı 2018-ci ildə 60 milyon avro qarşılığında geri qaytarıb. Cari mövsümdə cəmi 5 oyuna çıxan futbolçu 1 qol vurub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər