Günün transfer xəbərləri: "Mançester Yunayted"də yeni müqavilə gözlənilir

Günün transfer xəbərləri: "Mançester Yunayted"də yeni müqavilə gözlənilir
Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir. 
"RMC" xəbər agentliyi: Karantindən çıxan Rafael Varan (Raphael Varane) dünən "Mançester Yunayted"in tibbi müayinəsindən keçib. 
Gün ərzində fransız müdafiəçi ilə müqavilə imzalanacağı gözlənilir.
 
Xatırladaq ki, iyulun 27-də "Real Madrid" və "Mançester Yunayted" razılığa gəldiklərini elan etmişdilər. 
Baş tutmuş transfer xəbərləri:
Kaoru Mitoma (24 yaşlı yapon cinah oyunçusu)
"Kavasaki Frontale"dən (Yaponiya) "Brayton"a (İngiltərə) transfer olunub.
Futbolçu 4 illik müqavilə imzalayıb.
Kamal Ademi (25 yaşlı hücumçu)
"Fənərbağça"dan (Türkiyə) "Ximki" (Rusiya) klubuna keçidi reallaşıb.
Transfer məbləği 2 milyon avro olan futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Fatih Karagümrükdə" keçirib.
Adam Armstronq (Adam Armstrong) (24 yaşlı ingilis hücumçu)
 
Günün transfer xəbərləri: "Mançester Yunayted"də yeni müqavilə gözlənilir
 
"Blekbernd"ən (İngiltərə)  "Southampton"a (İngiltərə) transfer olunub.
Transfer məbləği 15 milyon funt sterlinq olan futbolçu klubla 4 illik müqavilə imzalayıb. Keçən mövsüm 43 oyuna 29 qol vurub və 5 məhsuldar ötürmə verib.
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər