Türkiyənin "Göztəpə” klubu müdafiəçisi Atınç Nukan ilə müqaviləni yeniləyib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Nukan ilə 3 illik yeni sözləşməyə imza atıb.
Cari müqavilənin müddəti bu ayın sonunda başa çatır.
Qeyd edək ki, Atınç Nukan 2019/20 mövsümünün əvvəlində "Göztəpə”yə keçib. 27 yaşlı futbolçu geridə qalan iki mövsüm ərzində bu komandanın heyətində 32 Super Liqa, 4 kubok matçına çıxıb və 3 qola imza atıb.
Fanat.Az