"Qalatasaray" yeni transferini açıqladı

"Qalatasaray" yeni transferini açıqladı
"Qalatasaray” heyətinə yeni futboçu qatıb.
 
Fanat.Az xəbər verir ki, sarı-qırmızılar Misir "Zəmələk”indən Mustafa Məhəmmədi rənglərinə bağlayıb.
 
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı Mustafanın mövsümün sonunadək icarəyə götürüləcəyi bildirilib. Məhəmməd tezliklə Türkiyəyə gələrək tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə qol çəkəcək.
 
Türkiyə nəhənginin futbolçunu 1,5 illik icarəyə götürdüyü bildirilir. "Qalatasaray” bunun üçün qarşı tərəfə 2 milyon dollar ödəyəcək. Misirli futbolçunun müqaviləsində transfer hüquqlarını almaq bəndi də var. "Aslanlar” bunun üçün qarşı tərəfə əlavə 4 milyon dollar ödəməli olacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər