Avropada transfer bombası partlayır

Avropada transfer bombası partlayır
Leroy Sane tezliklə "Bavariya"ya keçəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Almaniya millisinin sabiq üzvü, baş məşqçi Lotar Matteus açıqlama verib.
Almaniya mediasının məlumatına görə, "Bavariya" Sane ilə anlaşma əldə edib. Hazırda "Mançester Siti" ilə danışıqlar gedir. Transfer yaxın günlərdə rəsmən açıqlanacaq. Transfer üçün İngiltərə klubuna 100 milyon avro ödəniləcək.
Qeyd edək ki, Almaniya millisinin üzvü 2016-cı ilin yayında "Şalke 04"dən "Mançester Siti"yə 50,5 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 100 milyon avro qiymət qoyub. Başa çatan mövsümdə 47 rəsmi oyuna çıxan 23 yaşlı forvard 16 qol vurub və 18 məhsuldar ötürmə edib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər