Eden Hazard "Real"la prinsipial razılaşma əldə edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sports"a danışan jurnalist İan Makqarri məlumat verib.
"Çelsi"nin paltardəyişmə otağında Hazardın "Real"la çoxdan anlaşması yönündə ab-hava var. Onun çox sakit görünməsi və "Çelsi" ilə yeni müqavilə üçün danışıqlara başlamamasının səbəbi budur. "Real"a transferinin bir an öncə reallaşmasını gözləyir" deyə jurnalist bildirib.
Fanat.Az