AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Topaz Premyer Liqasının XXIX turundan qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Neftçi" ilə oyunun 33-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan "Xəzər Lənkəran"ın fxutbolçusu Alfred Sanko 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə olunub.
"Xəzər Lənkəran" "Neftçi" ilə, "Qəbələ" "Simurq"la, "Bakı" isə "Sumqayıt"la oyunda 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimələnib.
Fanat.az