20 yaşlı futbolçu öldü

20 yaşlı futbolçu öldü
Daha bir gənc futbolçu dünyasını dəyişib. Fanat.az xəbər verir ki, İngiltərənin "Vest Hem" klubunun 20 yaşlı üzvü Dilan Tombides vəfat edib.
Onun ölümünə xərçəng xəstəliyi səbəb olub. Böyük gələcək vəd edən forvard "Vest Hem"in əsas heyətində 2012-ci ilin sentyabrında Liqa Kubokueun oyununda debüt etmişdi. Tombides həmçinin Avstraliyanın U-17 və U-23 yığmalarında da forma geyinib.
Dilana xərçəng diaqnozu 2011-ci ildə qoyulmuşdu. Bir ilə yaxın müalicə olunan futbolçu 2012-də sağalaraq meydana qayıtmışdı. Lakin o, yenidən xəstəxanaya düşüb və bu dəfə ölümdən yaxa qurtara bilməyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər