20 milyona aldıqları futbolçunu 200 milyona satırlar - Transfer bombası

20 milyona aldıqları futbolçunu 200 milyona satırlar - Transfer bombası
"Çelsi" "Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Hollandı transfer etmək üçün hərəkətə keçib.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, Çempionlar Liqasının qalibi norveçli hücumçunun keçidi ilə bağlı danışıqlara start verib. Bildirilir ki, Hollandın transferi "Çelsi"yə 200 milyon avroya başa gələ bilər.
Qeyd edək ki, Erlinq "Borussiya"ya 2020-ci ilin yanvarında "Zalsburq"dan 20 milyon avroya keçib. O, son mövsümdə Almaniya klubunun heyətində 41 oyuna çıxaraq 41 qol vurub və 12 məhsuldar ötürmə edib. "Transfermarkt"” oyunçunun bazar qiymətini 110 milyon avro qiymətləndirir.
Aydın
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər