11 futbol fanatı edam olunacaq - dünya şokda

11 futbol fanatı edam olunacaq - dünya şokda

Misirin Port-Səid şəhərinin Ali Cinayət Məhkəməsi 11 şəxslə bağlı edam hökmü verib. Futbol fanatları olan bu şəxslər 2012-ci ilin fevralında oynanmış "Əl Əhli" - "Əl Məsri" matçından sonra stadionda iğtişaşlar yaratmaqda suçlanıblar.

"Belfast Telegraph"ın məlumatına görə, işlə bağlı daha 15 nəfər 5 ildən 15 ilədək azadlıqdan məhrum olunublar. Müttəhimlərin ailə üzvləri və qohumları zala buraxılmayıblar. Onlar hökmün açıqlanmasını küçədə gözləyiblər.

Stadiondakı iğtişaşla bağlı həbs edimiş 73 nəfərin cinayət işinə yenidən baxılırdı. Onların arasında "Əl Məsri" klubunun administrasiyası və fan-klubunun üzvləri, habelə polislər də var idi.

İnsident 2012-ci ilin fevralında Port-Səidin şəhər stadionunda baş verib. Azarkeşlər meydana çıxaraq Qahirənin "Əl Məsri" klubunun futbolçularını döyməyə başlamışdılar. Sonrakı iğtişaşlar və basabasda Qahirədən gəlmiş 74 fanat həlak olmuş, 1200 nəfər yaralanmışdı.//milli.az 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər