0:10-a görə 11 futbolçu qovuldu

0:10-a görə 11 futbolçu qovuldu
İsveçrənin 3-cü liqa klublarından "Qrençen"in 11 futbolçusu komandadan qovulub. Fanat.az xəbər verir ki, buna səbəb komandanın öz meydanında "Lukerne" klubunun gənclərdən ibarət heyətinə 0:10 hesabı ilə yenilməsi olub.
Bu barədə klubun idman direktoru Renato Brun açıqlma verib: "Çox sərt bir qərar kimi görünə bilər, amma bu futbolçular bu çempionatda oynayacaq səviyyədə deyillər. Klubda işlər yolunda getməyəndə komandaya görə məsuliyyət daşıyan biri olaraq bəzi qərarlar verməli idim".
Qeyd edək ki, "Qrençen" 3-cü liqada uğursuz çıxış edir. Komanda 14 turdan sonra 5 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər