Oteldə pul ödəməmək üçün özünü PSJ-nin oyunçusu kimi təqdim edən şəxs həbs cəzasına məhkum edilib.
Fanat.Az Fransanın GFFN saytına istinadən xəbər verir ki, 28 yaşlı gənc Fransa Gənclər Kuboku çərçivəsində "Lizye" və PSJ arasında keçiriləcək matçı (1:5) izləmək üçün Lizye şəhərinə gəlib.
O, otelə daxil olan zaman PSJ-nin futbolçusu olduğunu deyib. Fırıldaqçı həmin məkanda iki gecə qalıb və bunun üçün 227,4 avro ödəməli olub. Yoxlanarkən hesabı onun göstərdiyi telefon nömrəsinə - “agentinə” göndərməyi xahiş edib. Nömrə isə etibarsız olub.
Məhkəmə işə baxaraq bunadək daha 12 cinayət əməli qeydə alınmış şəxsə iki aylıq həbs cəzası verib.
Emin