Özil təhdid olunan futbolçunu dəstəklədi

Özil təhdid olunan futbolçunu dəstəklədi

"Fənərbağça"nın futbolçusu Məsut Özil təhdidə məruz qalan "Mançester Yunayted"in müdafiəçisi Harri Maquayra dəstək olub.

Fanat.Az xəbər verir ki, bu barədə Özil rəsmi "Twitter" səhifəsində yazıb: "Harri Maquayr haqqında xəbərləri oxuyun. Bu, sadəcə dəlilikdir. Futbol heç vaxt bir oyunçunu və onun ailəsini təhdid edəcək qədər ciddi ola bilməz. Mən şoka düşdüm. Bəzən futbol insanların ən pis tərəflərini üzə çıxarır. Ümid edirəm ki, bunda əli olan hər kəs cəzalandırılacaq”.

Xatırladaq ki, Harri Maquayrın elektron ünvanına nişanlısı və iki uşağı ilə yaşadığı evdə partlayış baş verə biləcəyi ilə bağlı məktub ünvanlanıb. "Mançester Yunayted"in futbolçusu kömək üçün Çeşir polisinə müraciət edib. Aparılan axtarışlar zamanı evdə heç nə tapılmayıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər