Zaur Svanadze "Neftçi" ilə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in baş məşqçisi bunları deyib:
"İlk hissədə qol epizodlarımız olsa da, bundan yararlana bilmədik. Rəqib isə penaltidən qol vurmağı bacardı. Ona görə də ilk hissə barədə geniş danışa bilmirəm. Fasilədən sonra isə təzyiqi artırdıq, futbolçular ümidləri doğrultdular. Çətin səfər görüşündə qazanılan 1 xalı yaxşı nəticə hesab etmək olar. Artıq bu görüşü unudub, növbəti matçlara hazırlaşacağıq”.
Fanat.az