"Liverpul"un baş məşqçisi Yurgen Klopp bir il futboldan uzaqlaşacaq.
Fanat.Az xəbər verir ki, alman mütəxəssis bu barədə "Kicker" nəşrinə açıqlama verib.
"Liverpul"la müqaviləm bitəndən sonra bir il istirahət edəcəm və həmin il karyeramla bağlı qərar verəcəm. Enerjim hələ çox yüksəkdi, amma bəzi şeyləri az edə bilmərəm" deyə Klopp bildirib.
Qeyd edək ki, "Liverpul"la Çempionlar Liqasını və UEFA Super Kubokunu qazanan alman məşqçinin müqaviləsi 2022-ci ildə başa çatacaq.
Fanat.Az