Yığmanın sabiq futbolçusu dopinqə görə 4 illik cəzalandırıldı

Yığmanın sabiq futbolçusu dopinqə görə 4 illik cəzalandırıldı
İdman Arbitraj Məhkəməsi Səudiyyə Ərəbistan yığmasının sabiq futbolçusu Mohammed Nuru 4 il müddətinə futboldan uzaqlaşdırıb. Səbəb Nurun qadağan olunmuş preparatlardan istifadə etməsidir.
Ötən ay futbolçunun orqanizmində amfetamin maddəsi aşkarlanıb. İlk olaraq 38 yaşlı yarımmüdafiəçiyə dopinqə görə, 4 aylıq cəza verilsə də, FİFA bununla razılaşmayıb və cəzasının sərtləşdirilməsini istəyib. Nəticədə Nura 4 illik cəza verilib. Amma futbolçu cəzayadək - bu ilin yayında karyerasını başa vurub.
Qeyd edək ki, Məhəmməd Nur 1999 - 2012 illərində yığmada 96 oyun keçirib. O, karyerası ərzində "Əl-İttihad" və "Əl-Nəsri" klublarının formasını geyinib. ("Report")
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər