Yığmamızın heyətinə daha üç futbolçu cəlb edildi

Yığmamızın heyətinə daha üç futbolçu cəlb edildi

Bu gün Avropa çempionatının seçmə mərhələsi çərşivəsində Ukrayna yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millli komandasının heyətinə daha üç futbolçu cəlb olunub. 

Fanat.Az xəbər verir ki, Almaniyanın “Koblenz” komandasının üzvü Nihat Fərəcli, Bolqarıstanın “Arda Kardzhali” klubunun futbolçusu Cəlal Hüseynov və “Qarabağ”ın oyunçusu Nəriman Axundzadə millinin İspaniyadakı düşərgəsinə qoşulub.

Qeyd edək ki, İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda keçiriləcək Ukrayna - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər