Yetim ömürlük futboldan uzaqlaşdırıldı

Yetim ömürlük futboldan uzaqlaşdırıldı
Türkiyənin Peşəkar Futbol İntizam Komitəsi (PFDK) II Liqada çıxış edən "Şanlıurfaspor” klubunun prezidenti Emin Yetimi cəzalandırıb.
 
Fanat.Az xəbər verir ki, klub prezidenti futboldan ömürlük uzaqlaşdırılıb.
Buna səbəb onun komandanın futbolçusu Mertcan Çamı döyməsidir. 
PFDK bu davranışına görə Emin Yetimə 3 il 2 aylıq cəza və 180 min lirə cərimə kəsib. 
Qeyd edək ki, Mertcan Çam dekabrın 6-da klubdan maaşını tələb etdiyi üçün yaranan mübahisə zamanı Emin Yetim və bəzi klub rəsmiləri tərəfindən döyülüb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər