Yerli dili bilməyən legioner futbolçular cərimələnəcək

Yerli dili bilməyən legioner futbolçular cərimələnəcək

Bu gün 65 yaşını qeyd edən Münhenin “Bavariya” futbol klubunun prezidenti Uli Höness bütün legioner futbolçulara yeni tələb irəli sürüb.

Klub rəhbəri alman dilini bilməyən əcnəbi futbolçuların cərimələnməsini istəyib. Onun fikrincə, komandanın paltardəyişmə otağında futbolçuların danışıq dili almanca olmalıdır.

“Futbolçular “Bavariya”nın paltardəyişmə otağında almanca danışmalıdır. Dil həmrəyliyin sübutudur. Əks təqdirdə kollektiv daxilində qruplaşmalar formalaşmağa başlayır. Əcnəbi futbolçular alman dilini öyrənməkdən imtina edərsə, onlara cərimə kəsiləcək. 

Legionerlər gündə iki saat almanca öyrənsə, çox gözəl olar”, - deyə futbol funksioneri əlavə edib. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər