Oyunda yerə yıxılan futbolçu hakimə sarı vərəqə göstərdi - FOTO

Oyunda yerə yıxılan futbolçu hakimə sarı vərəqə göstərdi - FOTO
Hollandiyanın "Vitess" klubunun hücumçusu Navaron For ölkə çempionatının "Tvente" ilə matçında onu yıxan hakimə sarı vərəqə göstərib.
Fanat.Az xəbər verir ki, hadisə matçın ikinci hissəsində baş verib. Qarşılaşmanın baş hakimi Yoahim Kamfeys təsadüfən Forla toqquşub, bu zaman futbolçu "Tvente"nin oyunçusu Adam Maherə ilişib. İnsident tezliklə başa çatıb, amma ayağa qalxan For zarafatla hakimə sarı vərəqə göstərib.
Qeyd edək ki, oyun "Vitess"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. 
 
Oyunda yerə yıxılan futbolçu hakimə sarı vərəqə göstərdi - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər