Yaşar Vahabzadə: "Komandamız futbol oynaya bilir"

Yaşar Vahabzadə: "Komandamız futbol oynaya bilir"
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Rusiyanı 3:0 hesabı ilə məğlub etdikləri oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi bunları deyib:
"Futbolçularımız nəyə qadir olduqlarını göstərdilər. Komandamız xarakter nümayiş etdirdi. Hər oyunda xarakter göstərsələr, nəticə qazanmaq mümkündü. Əsas odu ki, özlərinə inansınlar. Biz Almaniya ilə oyunda da bugünkü sistemdən istifadə etdik və pis alınmadı. Bu gün qeydə alınan hesab da göstərir ki, komandamız futbol oynaya bilir. Ruslardan daha yaxşı oynadıq və onlardan üstün olduq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər