"Real Madrid"in hücumçusu Kərim Benzema meydanda uğurlu çıxışla yadda qalmaq üçün nə tələb olunduğunu açıqlayıb.
Fanat.Az "Telefoot"a istinadən xəbər verir ki, Əlcəzair əsilli fransalı hücumçu belə danışıb:
"Oyun zamanı yalnız qol vurmaq haqda düşünürsənsə, qarşına iki yaxşı müdafiəçi çıxan kimi hər şey bitəcək! Bu yolla nəyəsə nail olmaq çətin məsələdir. Hücumçu üçün futbol yalnız rəqib qapısına yol tapmaqdan ibarət deyil. Mövqe seçimi, hərəkətlilik, birtoxunuşlu ötürmələr böyük şərtdir. Bir sözlə, bunları nəzərə almadan qol vurmağa çalışırsansa, deməli, futbol oynaya bilmirsən".
Qeyd edək ki, 35 yaşlı Benzema bu mövsüm "Real" forması ilə 22 matça çıxaraq 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat