XXI əsrdə ən çox oyun keçirən futbolçular məlum olub.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, siyahıya İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu başçılıq edir. 37 yaşlı portuqaliyalı hücumçu XXI əsrdə 1104 matça çıxıb.
İkinci sırada İspaniya "Barselona"sından Daniel Alveş (1000) qərarlaşıb. Fransa PSJ-sindən Lionel Messi (955) üçüncü, İtaliya "Milan"ından Zlatan İbrahimoviç (939) dördüncü yerdədir.