Xüsusi olimpiyaçılar üçün "Futbol həftəsi" olacaq

Xüsusi olimpiyaçılar üçün "Futbol həftəsi" olacaq
Sentyabrın 11-də Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında oğlanlar arasında "Futbol həftəsi” turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda 12 komanda mübarizə aparacaq. Yarış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə təşkil ediləcək.
Turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər