“Xəzər Lənkəran”a daha bir futbolçu qoşulacaq

“Xəzər Lənkəran”a daha bir futbolçu qoşulacaq

Təlim-məşq toplanışını doğma şəhərdə keçən “Xəzər Lənkəran” hazırlığının ikinci günündə iki dəfə məşq edib. Fanat.az xəbər verir ki, yanvarın 9-da əvvəlcə səhər saat 10:30-da futbolçulardan normativlər götürülüb.

 

Ardınca baza-oteldə az müddətli istirahətə çəkilən komanda saat 16.00-da stadionun ehtiyat meydançasında toplu çalışmalardan ibarət məşqə başlayıb.

 

Heyətdə hələlik Akif Tağıyev və Hacı Əhmədov olmaqla iki yeni futbolçu var. Yanvarın 13-də toplanış Bakıda davam etdirələrkən Tural Cəlilov da komandaya qoşulacaq.

 

Rasim Ramaldanovun isə geri dönüb-dönməyəcəyinə yanvarın 10-da tam aydınlıq gələcək. (12cioyuncu.info)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər