Xərçəngə yoluxan futbolçu: "Ana və atamdan tez ölmək istəmirəm"

Xərçəngə yoluxan futbolçu: "Ana və atamdan tez ölmək istəmirəm"
İtaliyanın əfsanəvi futbolçularından olan Canluca Vialli xərçəng xəstəliyindən əziyyət çəkir.
Fanat.Az xəbər verir ki, bu barədə 54 yaşlı veteran hücumçu özü açıqlama verib. Vəziyyətinin yaxşı olduğunu, amma "matçın necə yekunlaşacağını" bilmədiyini deyən Vialli qatıldığı bir televiziya proqramında duyğusal çıxışı ilə hamını ağladıb.
"Rai1" telekanalına danışan Vialli "Bunu söyləmək çətindi, amma xərçənglə mübarizə məni daha yaxşı bir insan etdi. Əlbəttə, bunları heç etmək istəməzdim, amma artıq olaylara fərqli prizmadan yanaşıram" deyib.
"Xərçəngə ani şəkildə yaxalandım. Tez qarşıma uzun vədəli hədəflər qoydum: Ana və atamdan tez ölməyəcək və qızlarım evləndikdə onların yanında olacaqdım" - deyə, Vialli əlavə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər