Xərçəng xəstəsi olan futbolçu məşqlərə başladı - Bundesliqa klubundan açıqlama

Xərçəng xəstəsi olan futbolçu məşqlərə başladı - Bundesliqa klubundan açıqlama

Dortmund "Borussiya"sının hücumçusu Sebastyan Aller 6 aylıq fasilədən sonra komanda ilə məşq prosesinə başlayıb. 

Fanat.Az xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.

Klubun idman direktoru Sebastyan Kehl bu barədə açıqlamasında ehtiyatlı danışıb: “Onun meydana qayıtması ilə bağlı çox ehtiyatlıyıq. Prosedurlar arasında idmanla, qaçışla məşğul olurdu. Amma sadəcə qaçmaq və gündə iki dəfə komanda ilə məşq etmək arasında çox böyük fərq var. Çünki hərəkətlər fərqlidir və futbolda daha intensiv olur. Biz ona daha çox vaxt verməliyik".

Xatırladaq ki, Aller yay transfer pəncərəsində Amsterdamın “Ayaks”ından “Borussiya Dortmund”a keçmişdi. Keçiddən sonra hücumçunun səhhətində problem aşkarlanıb, ona xayanın bədxassəli şişi diaqnozu qoyulub. Aller kimyaterapiyadan keçib və iki əməliyyat keçirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər