Xərçəng xəstəsi olan AZAL-ın futbolçusuna diaqnoz qoyuldu

Xərçəng xəstəsi olan AZAL-ın futbolçusuna diaqnoz qoyuldu
Xərçəng xəstəliyi aşkarlanan AZAL-ın futbolçusu Rüfət Musayevin müayinəsinin nəticəsi məlum olub. Komandanın həkimi Sədrəddin Məmmədov "Report"a açıqlamasında Onkoloji Dispanserdə keçirilən müayinənin nəticəsinin müsbət olduğunu deyib.
Onun sözlərinə görə, futbolçunun dirsəyində olan şiş xoş xassəlidi: "Müayinədən sonra məlum oldu ki, şiş xoş xassəlidi. Müalicəsi davam etdirilir. Ancaq nə vaxt meydana qayıdacağı bilinmir. Son turda "Qarabağ"la oyuna özü də gəlmişdi. Dedi ki, özümü yaxşı hiss edirəm. Rüfət ailənin tək övladıdı, bu səbəbdən də ona dəstək lazımdı".
Qeyd edək ki, R.Musayev AZAL-a "Neftçala"dan transfer edilib. Bir neçə gün əvvəl futbolçunun dirsəyində şiş aşkarlanıb və xərçəng xəstəliyi olduğu məlum olub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər