Xavinin yerini tutmaq istəyən futbolçu kimdir?

Xavinin yerini tutmaq istəyən futbolçu kimdir?

Məşhur ispaniyalı yarımmüdafiəçi, hazırda "Komo" klubunun şərəfini qoruyan futbolçu Sesk Fabreqas keçmiş klubu "Barselona"ya rəhbərlik etmək istədiyini bildirib.

Fanat.Az xəbər verir ki, ESPN 35 yaşlı futbolçunun bu barədə dediklərini belə çatdırıb: 

“Mənim "Komo"da məşqçilik peşəsinin əsaslarını öyrənmək imkanım var. Hansı klubu çalışdırmaq istəyirəm? "Barselona"da işləməyi planlaşdırıram. Bunun üçün çox çalışmaq lazımdır, açıq-aydın görünür ki, bu, böyük problemdir. Amma bu istiqamətdə çalışacağam ki, həmin klubun baş məşqçisi olum”.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər