PSJ-nin həkimlərindən biri Anxel Di Mariyanın vəziyyəti ilə bağlı narahatlığını klub rəhbərliyinə çatdırıb.
Fanat.Az "Le Parisien"ə istinadən xəbər verir ki, tibbi qərargahın nümayəndəsi Di Mariyanın yuxusuzluqdan və depressiyadan əziyyət çəkdiyini bildirib. Xəbərdə koronavirus pandemiyası səbəbindən Fransa Liqa 1-də mövsümün erkən başa çatmasının və üç aya yaxın müddətdi futbol oynanılmamasının argentinalı yarımmüdafiəçinin vəziyyətinə birbaşa təsir etdiyi qeyd olunub.
Mənbəyə görə, Di Mariyanın xanımı qohumlarına həyat yoldaşının onunla zombi kimi davrandığını deyib.
Fanat.Az