"Vulverhempton"un futbolçusu klubunu dəyişdi

"Vulverhempton"un futbolçusu klubunu dəyişdi

22 yaşlı hücumameyilli yarımmüdafiəçi Morgan Gibbs-Uayt "Vulverhempton"dan "Nottingem Forest"ə keçib.

Fanat.Az xəbər verir ki, bu barədə Nottingem təmsilçisi rəsmi saytın vasitəsi ilə məlumat yayıb.

Transfer məbləği 25 milyon funt sterlinq təşkil edən futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti 2026/27-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, ingiltərəli futbolçu 16 yaşında "Vulverhempton"un əsas komandasında debüt edib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər