Vlahoviç futboldakı ən böyük arzusunu dilə gətirdi

Vlahoviç futboldakı ən böyük arzusunu dilə gətirdi

"Yuventus"un hücumçusu Duşan Vlahoviç futboldakı ən böyük arzusunu dilə gətirib.

Fanat.Az xəbər verir ki, A Seriyasının rəsmi saytı serb forvardın sözlərini belə çatdırıb:

"Çempionlar Liqası istənilən futbolçunun qazanmaq istədiyi turnirdir. Əlbəttə, mən də ÇL-in qalibi olmağı arzulayıram. Gələcəkdə bu mükafata sahib çıxmaq üçün bütün gücümü ortaya qoyacam".

Qeyd edək ki, cari mövsüm "Yuventus"un forması ilə bütün turnirlərdə 28 matça çıxan Vlahoviç 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 65 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər