Veteran futbolçu Holann haqda: "Ona heyranam"

Veteran futbolçu Holann haqda: "Ona heyranam"

İtaliya millisinin veteran futbolçusu Kristian Vyeri (Christian Vieri) "Borussiya"dan çıxış edən Erlinq Holann (Erling Holland) haqda danışıb.

Fanat.Az "Tuttomercato" nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis norveçli hücumçuya heyran olduğunu dilə gətirib:

"Ona heyranam. Son 20-30 ildə onun kimi güclü 20 yaşlı futbolçu görməmişəm. Hətta Van Basten də onun qədər güclü deyildi. Topa zərbə endirəndə fiziki gücünün digərlərindən 3-4 dəfə çox olduğu görünür. Erlinq inanılmaz gücə malikdir. İstənilən komandaya qarşı oynayanda ilk növbədə nə vaxt düşünmək lazım olduğunu, nə vaxt dayanacağını, nə vaxt qaçmaq lazım olduğunu bilir. Başqa necə sübut etmək lazımdır? O, çox güclüdür".

Xatırladaq ki, 20 yaşlı futbolçu "Borussiya Dortmund" klubunun heyətində bu günə qədər keçirdiyi 46 oyuna 43 qol vurub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər