Veteran futbolçu 49 yaşında vəfat etdi (FOTO)

Veteran futbolçu 49 yaşında vəfat etdi (FOTO)
Cənubi afrikalı sabiq futbolçu Fil Masinqa vəfat edib.
Fanat.Az Daily Mail-ə istinadən xəbər verir ki, bu barədə futbolçunun 1994-1996-cı illərdə çıxış etdiyi İngiltərənin "Lids" klubu məlumat yayıb. Klubun itkini böyük kədərlə qarşıladığı bildirilib.
Dekabr ayında xəstəxanaya yerləşdirilən veteran futbolçu 49 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Fil Masinqa karyerası ərzində CAR-ın "Como Kosmos", "Mamelodi Sundovns", İngiltərənin "Lids", İsveçrənin "St. Gallen", İtaliyanın "Salernitana", "Bari" və BƏƏ-nin "Əl-Vahda" klublarında çıxış edib, CAR millisində keçirdiyi 58 oyunda 18 qol vurub. 
 
Veteran futbolçu 49 yaşında vəfat etdi (FOTO)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər