"Vest Bromviç"in 4 futbolçusu maşın oğurladı

"Vest Bromviç"in 4 futbolçusu maşın oğurladı

"Vest Bromviç”in 4 futbolçusu taksi qaçırıb.

 

Fanat.Az xarici mətbuata istinadən xəbər verir ki, onlar maşın oğurluğunu Barselona toplanışı zamanı otelə vaxtında çatmaq üçün edib. Qanun pozucuları Qaret Berri, Boaz Mayhill, Ceyk Livermor və Conni Evans olub. Artıq klubdan, azarkeşlərdən və ictimaiyyətdən üzr istəyən "qəhrəmanlar” bu addımı məcburiyyətdən atdıqlarını bildiriblər.

 

İşlə bağlı araşdırmalar aparılır. Futbolçulara hansı cəzanın veriləcəyi isə hələ dəqiqləşməyib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər