2015-ci ildə Vaşinqton gözəli seçilən Stormi Keffeler həbs edilib. Fanat.az xəbər verir ki, buna səbəb onun "Kolorado Rapids"də çıxış edən futbolçu sevgilisi Marko Pappanı bıçaqlaması olub.
ABŞ klubunun formasını geyinən qvatemalalı futbolçu ötən ilin dekabr ayında qarnından bıçaqlanıb və əməliyyat edilib. Onun Stormi Keffeler tərəfindən bıçaqlandığı məlum olub. Polisin həbs etdiyi Vaşinqton gözəli təzadlı ifadələr verməklə özünü daha da çətin vəziyyətə salıb. O, cinayətə təşşəbbüsə görə məhkəmə qarşısına çıxacaq. Buna görə Stormi Keffelerin gözəllik tacının alınması gözlənilir.
Qvatemelalı Marko Pappa karyerasına 2006-cı ildə ölkəsinin "Munikipal" klubunda başlayıb və 2008-ci ildə ABŞ-a yollanaraq 4 il "Çikaqo Fire"də çıxış edib. 2012-2014-cü illərdə Hollandiyanın "Heerenveen" klubunda forma geyinən 28 yaşlı futbolçu 2014-cü ildə ABŞ-a dönüb. 2 il "Seattle Sounders"də çıxış etdikdən sonra "Kolorado Rapids"ə transfer olunub.



Fanat.az