"Valensiya" heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, La Liqa təmsilçisi "Laypsiq"dən İlayş Moribanı icarəyə götürüb.
Məlumatı klubun rəsmi saytı yayıb.
19 yaşlı qvineyalı yarımmüdafiəçi cari mövsümün sonuna qədər "Valensiya"nın şərəfini qoruyacaq.
Qeyd edək ki, Moriba mövsümün əvvəlində "Barselona"dan Bundesliqaya gedib. Lakin o, alman klubunun heyətində özünə yer tapa bilməyib.
Röya