"Valensiya" bu futbolçuya 50 milyon avro verdi - FOTO

"Valensiya" bu futbolçuya 50 milyon avro verdi - FOTO

İspaniyanın "Valensiya” PSJ-nin futbolçusunu transfer edib.

 

 

Fanat.Az xəbər verir ki, "yarasalar” Paris təmsilçisinin portuqaliyalı futbolçusu Qonsalo Quedesi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

 

Ötən mövsümdən İspaniya klubunun heyətində icarə əsasında çıxış edən 21 yaşlı cinah futbolçusu üçün "Valensiya” 50 milyon avro ödəyəcək.

Peşəkar karyerasına "Benfika”da başlayan Quedes, 2017-ci ildə PSJ-yə transfer olunsa da, paytaxt təmsilçisinin heyətində forma geyinmək şansı tapmamış, "Valensiya”ya icarəyə verilmişdi. Ötən mövsüm "yarasalar”ın heyətində 38 oyuna çıxan portuqaliyalı futbolçu 6 qol və 11 məhsuldar ötürmə müəllifi olub.

 

Fanat.Az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər