Usiklə Fyuri arasında revanş döyüşünün yeri və vaxtı bilindi

Usiklə Fyuri arasında revanş döyüşünün yeri və vaxtı bilindi

Peşəkar boks üzrə ağır çəkidə Tayson Fyuri ilə Aleksandr Usik arasında revanş döyüşünün tarixi bəlli olub.

Fanat.Az xəbər verir ki, qarşılaşmanın vaxtını və yerini Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin sədri Turki Alalşih açıqlayıb.

O, döyüşün bu il dekabrın 24-də Ər-Riyadda keçiriləcəyini bildirib.

Qeyd edək ki, boksçular arasında mayın 18-də Ər-Riyadda baş tutan görüşdə Fyurini məğlub edən Usik mütləq dünya çempionu olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər