Son günlərdə cəbhədə baş verən hadisələrə görə əsgərlərimizə dəstək olanların sayı-hesabı yoxdu. Fanat.az xəbər verir ki, hərə müxtəlif üsulla ordumuzu yanında olduğunu bildirir.
Zaqatalanın "Daşqın" klubunun 11 yaşadək futbolçuları da məşqdən öncə şəhid əsgərlərimizi yad edib, düşmənlə üz-üzə dayanan hərbiçilərimizə dəstək olduqlarını nümayiş etdiriblər. Belə ki, uşaq futbolçular məşqə əsgər formasında gəliblər.

Fanat.az