London "Arsenal"ının yarımmüdafiəçisi Lukas Torreyra 2020/21 mövsümünün qalan bölümünü A Seriyasında keçirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, "La Nazione" icarə əsasında "Atletiko"da top qovan futbolçunun "Fiorentina" ilə danışıq apardığını bildirib.
24 yaşlı uruqvaylı Madrid klubu ilə olan icarə müqaviləsini vaxtından əvvəl pozmağın əleyhinə deyil.
Qeyd edək ki, Torreyra "Arsenal"a 2018-ci ilin yayında "Sampdoriya"dan transfer olunub. İngiltərə təmsilçisinin 30 milyon avro qarşılığında heyətinə qatdığı oyunçu 2018-ci ildən Uruqvay millisinə dəvət alır.
Fanat.Az