Uruqvaylı futbolçu dünyasını dəyişdi

Uruqvaylı futbolçu dünyasını dəyişdi

Uruqvayın "Nasyonal" klubunun oyunçusu Xuan İskerdo 27 yaşında dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 

Avqustun 22-də Libertadores Kubokunun 1/8 finalında "San-Paulu" ilə qarşılaşma zamanı rəqiblə toqquşaraq yıxılan və huşunu itirən müdafiəçi bir həftə xəstəxanada qalsa da, həkimlər onu həyata qaytara bilməyiblər. Futbolçuya ürək ritminin pozulması və kəllədaxili təzyiqin artması diaqnozu qoyulub. O, bazar günündən süni nəfəs aparatında, bazar ertəsindən isə nevroloji reanimasiya şöbəsində idi. Hadisə ilə əlaqədar ötən həftə Uruqvay çempionatının dayandırıldığı açıqlanmışdı. 

2024-cü ildən "Nasyonal"da çıxış edən İskerdo bundan əvvəl Uruqvayın "Liverpul", "Montevidio", "Atletiko San-Luis", "Penyarol" və "Serro"da oynayıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər