Ötən gün Avstraliya millisinin və "Adelaid Yunayted" klubunun futbolçusu Coş Kavallonun (Josh Cavallo) homoseksual olduğunu ictimaiyyətə açıqladığı ilə bağlı xəbər vermişdik.
Fanat.Az xəbər verir ki, bir neçə futbol klubu və tanınmış futbolçular 21 yaşlı futbolçuya dəstək nümayiş etdiriblər.
"Arsenal", "Liverpul" və "Yuventus" klubları ilə yanaşı tanınmış futbolçularda dəstək aksiyasına qoşulub.
Gənc futbolçunu dəstəkləyənlər arasında David De Xea (David De Gea), Jerar Pike Gerard Piquet), Markus Reşford (Marcus Rashford), Zlatan İbrahimoviç (Zlatan İbrahimovic), Rafael Varan (Raphael Varane), Cessi Linqard (Jesse Lingard) və Antuan Qrizman (Antoine Griezmann) yer alıb.
Onlar fikirlərini rəsmi "Twitter" səhifəsi üzərindən paylaşıblar.
Emin Şəmsiyev