Hazırda "Antalyaspor"da çıxış edən Samuel Etoya qarşı şok ittiham irəli sürülüb. Fanat.az xəbər verir ki, Kamerun mətbuatı futbolçunun keçmiş sevgilisi Nathali Koahın çılpaq fotolarını mətbuata ötürdüyünü iddia edib.
Bu iddiaya Nathali Koah öz kitabında da yer verib. Bundan sonra Samuel Eto məhkəməyə müraciət edərək kitabın yayımına qadağa qoydurub. Bu dəfə isə kitabı çap edən "Moment" mətbəəsi futbolçunun söz azadlığını boğduğunu iddia edərək məhkəməyə müraciət edib.
Fanat.az